İranda 17 nəfər ABŞ-a casusluq etməkdə təqsirli bilinərək həbs edilib.
Eurasia Diary xəbər verir ki, bu barədə İran İnformasiya və Milli Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
Bildirilir ki, İran 17 nəfərdən ibarət casus şəbəkəsini aşkarlayaraq zərərsizləşdirib. Həbs olunanlar ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə işləməkdə günahlandırılır.
Onlara qarşı edam cəzası ilə bağlı qərar qəbul olunub.
Qeyd edilir ki, həbslər son 1 il ərzində həyata keçirilib. Saxlanılanlar barədə məlumat İran- ABŞ arasında gərginliyin artması fonunda yayılıb.