Ukraynada nazir müavini korrupsiyaya görə həbs olunub | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


Ukraynada nazir müavini korrupsiyaya görə həbs olunub

Dünya A- A A+

Ukraynanın Milli Korrupsiyaəleyhinə Bürosunun xəfiyyələri müvəqqəti nəzarətsiz ərazi məsələləri üzrə nazir müavini Yuri Qrımçakı və onun köməkçisini həbs edib.

Eurasia Diary "TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə qurumun “Facebook” səhifəsində yayılmış məlumatda bildirilir.

“Həmin şəxslər dövlət vəzifəli şəxslərin qərar qəbul etməsində təsirə malik olduqlarını iddia edərək hüquqi şəxsin nümayəndəsindən 1,1 milyon dollar məbləğində qanunsuz pul tələb ediblər”, - deyə məlumatda qeyd olunub.

Ukraynanın Milli Korrupsiyaəleyhinə Bürosundan bildirilib ki, fakt Ukrayna Təhlükəsizlik Xidməti və Baş Prokurorluq tərəfindən birgə araşdırılır. (APA)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...