Əfqanıstanın paytaxtı Kabildə toyda partlayış törədilib.
Eurasia Diary bildirir ki, bu barədə "Tolonews" nəşri ölkənin Daxili İşlər Nazirliyinin mətbuat katibi Nüsrət Rəhimiyə istinadən məlumat yayıb.
Hadisə yerli vaxtla saat 22:40-da baş verib. Şahidlərin sözlərinə görə, hadisə vaxtı zal qonaqlarla dolu olub. Son məlumata görə, partlayış nəticəsində 63 nəfər ölüb, 182 nəfər isə xəsarət alıb.
İlkin versiyaya görə, hadisəni kamikadze özünü partladaraq törədib.
Partlayışla bağlı məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib, “Taliban” hərəkatı isə bu terrorla əlaqəsi olmadığını bildirib.