İsrail İrana bağlı qruplaşmanı vurdu Mühəndis ABŞ-ı hədələdi

Dünya 18:20 22.08.2019

İraqda İrana bağlı şiə silahlı qruplaşması “Haşdi Şabi”nin bazalarına İsrail Hərbi Hava Qüvvələri tərəfindən endirildiyi təxmin edilən zərbələrdən sonra qruplaşmanın liderlərindən Əbu Mehdi Mühəndis o cümlədən ABŞ-ı günahlandıran yazılı bəyanatla çıxış edib.

Eurasia Diary xarici KİV-lərə istinadən xəbər verir ki, Əbu Mehdi Mühəndis “Haşdi Şabi” qruplaşmasının bazalarına hava zərbələrinin endirlməsində  İsrailə aid pilotsuz təyyarələrdən istifadə olunduğunu bildirib. Mühəndis iddia edib ki, həmin pilotsuz təyyarələrin haradan qalxdığına, uçuşlarına və apardığı əməliyyatlara dair bütün məlumatlar əlindədir.

 

Xəbər verildiyi kimi sonuncu dəfə “Haşdi Şabi”nin Bağdad və Səlahiddin bölgəsi arasında, İraq HHQ-nin hərbi hissəsinin ərazisində yerləşən  sursat anbarlarına və bazasına naməlum təyyarələr tərəfindən raket zərbələri endirilib. Nəticədə anbarda saxlanılan və İrandan göndərilən çoxsaylı raketlər partlayıb, qruplaşma üzvləri və İranın İnqilab Keşikçiləri Korpusunun təlimatçıları arasında ölənlərin olduğu bildirilir.

Həmin zərbələrin İsrail tərəfindən F-35 qırıcıları və zərbə pilotsuz təyyarəsi tərəfindən endirildiyi təxmin edilir. Bundan əvvəl də İraqdakı iranyönümlü qruplaşmaların bazalarına hava hücumları olmuşdu və həmin hücumları İsrailin həyata keçirdiyi ehtimal olunur. İsrail baş naziri Benyamin Netanyahu ötən gün Bağdad ətrafındakı partlayışlarda onun ölkəsinin əlinin olduğunu inkar etməyib. Bildirib ki, İran heç yerdə toxunulmaz deyil və İsrail lazım olan anda istənilən məkanda İrandan qaynaqlanan təhdidin qarşısını alacaq.

Əbu Mehdi Mühəndisin adından yayılmış sərt bəyanatda göstərilir ki, “Şahdi Şabi” qruplaşması onun bazalarına endirilmiş zərbələrə görə qisas alacaq.

“Dünənki hücum (avqustun 20-i nəzərdə tutulur,-red.) İsrail pilotsuz təyyarələri və İsrailin İraqda əməliyyat keçirməsinə imkan yaradan Birləşmiş Ştatlar tərəfindən həyata keçirilib. Biz bazalarımıza qarşı hücumlara ən müasir silahlar da tətbiq etməklə cavab verəcəyik”,-Əbu Mehdi Mühəndis bildirib.

Mühəndisin iddia etdiyinə görə hücumlar zamanı amerikalılar bütün digər təyyarələrin, o cümlədən İraq Hərbi Hava Qüvvələrinin təyyarələrinin elektron sistemlərini boğur.

“İraqın düşmənləri “Haşdi Şabi” qüvvələrini müxtəlif yollarla hədəf almağa çalışırlar. İraqa və bölgəyə terror qruplarını gətirən ABŞ İraqın suverenliyini pozmaqda davam edir və “Haşdi Şabi”ni vurmaq üçün bütün yollara əl atır. Habelə İraq hava sahəsində ABŞ təyyarələrinin uçuş saatları, haradan qalxıb hara endikləri haqda məlumatlar əlimizdədir. Həmin təyyarələr İŞİD-i təqib etmək əvəzinə bizi izləyir”,-bəyanatda deyilir.

“Haşdi Şabi” İraqda İŞİD-ə qarşı döyüşən güclü şiə qruplaşmasıdır. Bu qruplaşma İŞİD-in paytaxt Bağdada doğru irəliləməsinin və şəhəri ələ keçirməsinin qarşısını alan əsas qüvvə sayılır. Və İraqda o cümlədən hökumət üzərində böyük təsir imkanlarına malikdir. Mühəndis özü isə vaxtilə İraqda ABŞ ordusuna qarşı döyüşüb. Onun bəyanatının İraq təhlükəsizlik qüvvələri ilə razılaşdırılmadığı bildirilir. Bu da qruplaşmanın İraqda hansı gücə malik olduğunu göstərir.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı