Ərdoğan təcili Putinə zəng etdi - Suriyada türk bazası mühasirədə | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


Ərdoğan təcili Putinə zəng etdi - Suriyada türk bazası mühasirədə

Dünya A- A A+

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. 

Eurasia Diary-nin məlumatına görə, bu barədə Kremlin saytında məlumat yayılıb.

Telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

Tərəflər əsasən Suriya və Liviyadakı hadisələrlə bağlı müzakirələr aparıblar. Telefon danışığında Ərdoğan bildirib ki, Suriya hərbi qüvvələrinin İdlibdə atəşəkəsi pozması və silahlı hücumları böyük böhranlara yol acır.

Türkiyə Prezidenti İidlibdəki hücumların ərazidəki problemlərin həlli cəhdlərinə zərər verdiyini və Türkiyənin milli təhlükəsizliyi baxımından bir təhdidə çevrildiyini vurğulayıb.

Qeyd edək ki, Suriyada Bəşər Əsəd qüvvələri İdlib yaxınlığındakı Xan Şeyxun qəsəbəsini ələ keçirdikdən sonra Türkiyənin regionda yerləşən hərbi bazası mühasirəyə düşüb.

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...