Türkiyə Osmanlı xəyallarını kənara qoysun - Suriyalı deputat | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


Türkiyə Osmanlı xəyallarını kənara qoysun - Suriyalı deputat

Dünya A- A A+

Türk xalqını düşmən olaraq görmürük, lakin Türkiyə hökuməti Osmanlı xəyallarını bir kənara qoymalıdır.

Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, bu sözləri suriyalı deputat Fares Şehabi son günlər İdlibdə yaşanan gərginliklə bağlı açıqlamasında deyib.

“Suriyanın bu vəziyyətə düşməsinə görə Ərdoğan da məsuliyyət daşıyır. Ərdoğan ölkəmizə müdaxilə edərək müxalifətə dəstək verir. Biz Türkiyə ilə münaqişə istəmirik, lakin ölkəmizi də Türkiyənin hərbi varlığından azad etmək istəyirik. ABŞ və Türkiyə arasındakı təhlükəsiz zona ilə bağlı razılaşmanı tanımırıq”, - deyə deputat bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...