2020-ci ildə BKS-ə uçacaq kosmonavtların adları açıqlandı | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


2020-ci ildə BKS-ə uçacaq kosmonavtların adları açıqlandı

Dünya A- A A+

Qaqarin adına Kosmonavtların Hazırlıq Mərkəzində (KHM) 2020-ci ildə "Soyuz MS-17" və "Soyuz MS-18" kosmik gəmilərində Beynəlxalq Kosmik Stansiyaya (BKS) yola düşəcək kosmonavtların adları açıqlanıb.

Eurasia Diary xəbər verir ki, BKS-65/66-ın tərkibində Anatoli İvanişin və İvan Vaqner olacaq.

Sergey Rıjikov və Sergey Kud-Sverçkov onların dublyoru təyin edilib. İvanişin artıq iki dəfə kosmosda olub, Rıjikov bir kosmik uçuş edib, Vaqner və Kud-Sverçkov üçün isə bu, ilk kosmos səyahəti olacaq.

Ekspedisiyanın yola düşəcəyi dəqiq tarix hələlik açıqlanmır.

Qayda olaraq, "Soyuz" ekipajının üç üzvündən biri, adətən, əcnəbi olur. Lakin "Soyuz MS-17" və "Soyuz MS-18" ekipajına əlavə olunacaq daha iki kosmonavtın kimliyi barədə hələlik məlumat verilmir (oxu.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...