Ukrayna prezidenti Vladimir Zelenskinin fəaliyyətindən 71% Ukrayna vətəndaşı razıdır.
Eurasia Diary xəbər verir ki, bu barədə “Reytinq” sosial qrupunun açıqlamasında deyilir.
Sentyabrın 6-dan 10-na qədər davam edən sorğuda 11% respondent Zelenskinin fəaliyyətindən narazılıq edib. 18%- rəyi soruşulan isə yekun qərara gələ bilmədiyini etiraf edib. (modern.az)