Rusiyalı məmurdan Yerevanda Azərbaycanla bağlı - ŞOK AÇIQLAMA | Eurasia Diary - ednews.net

22 Sentyabr,


Rusiyalı məmurdan Yerevanda Azərbaycanla bağlı - ŞOK AÇIQLAMA

Dünya A- A A+

Rusiya baş nazirinin müavini Yuri Borisov Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmasına pis baxmadıqlarını bildirib.

Eurasia Diary "modern.az"a istinadən xəbər verir ki, o bu barədə Yerevanda olarkən deyib.

“Bu tək Azərbaycana aid deyil. KTMT bütün keçmiş sovet respublikaları ilə əməkdaşlığa hazırdır. Hamımız nə vaxtsa, bir ailə olmuşuq. Ortaq cəhətlərimiz çoxdur. KTMT bütün ölkələrlə, ö cümlədən, Azərbaycanla düşünülmüş xarici siyasət yürüdür”-deyə Borisov deyib.

Bununla yanaşı, Yuri Borisov yeni üzvlərin kollektiv qərar əsasında verildiyini xatırladıb. O, KTMT-a üzv ölkələr arasında dövlətlərarası hərbi-iqtisadi əməkdaşlıq üzrə komissiyanın XVII iclasında qatılmaq üçün Yerevana gəlib.  

Rusiyalı hökumət rəsmisinin açıqlaması Yerevanda ciddi narazılıq doğurub. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan daxildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...