Ermənistanın Tavuş bölgəsində hərbçi intihar edib.
Eurasia Diary virtualaz.org-a istinadən bildirir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan məlumat verib.
Onun sözlərinə görə, hərbçi özünü tövlədə asıb.
Hərbçinin meyitini qardaşı aşkarlayıb. Hadisə yerinə polis və təcili tibbi yardım çağırılıb.
Hüquq-mühafizə orqanları intiharın səbəbini araşdırır.
Qeyd edək ki, intihar edən hərbçi müqavilə əsasında xidmət edirmiş.