Türkiyənin Mardin şəhərində terrora qarşı və övladları PKK terror təşkilatı mənsubları tərəfindən dağlara qaçırılan analara dəstək məqsədilə yürüş keçirilib.
Eurasia Diary "virtualaz.org"a istinadən bildirir ki, Mardinin mərkəzi Artuklu rayonunda yerləşən “15 iyul - Demokratiya və Şəhidlər” parkında toplaşan vətəndaşlar əllərində Türkiyə bayraqları ilə şəhərin Ravza prospekti boyunca yürüş ediblər.
Tədbirdə terror təşkilatlarına, o cümlədən PKK-ya qarşı şüarlar səsləndirilib. İştirakçılar ölkəni bölmək və parçalamaq istəyənlərə qarşı hər zaman bir yerdə olacaqlarını bildiriblər.