Rusiya Yapon dənizində 2 Şimali Koreya gəmisini ələ keçirib.
Eurasia Diary xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Rusya Federal Təhlükəsizlik xidmətinin verdiyi açıqlamaya görə, Şimali Koreya gəmiləri Yapon dənizində sərhəd mühafizəçilərinə atəş açıb və 3 rus əsgəri yaralanıb. Şimali Koreyaya aid olan gəmilərin 45 nəfərlik heyyət üzvü isə saxlanılıb.