İndoneziyanın siyasi işlər və təhlükəsizlik naziri Viranto Banten vilayətinə işgüzar səfəri zamanı naməlum şəxs tərəfindən bıçaqla hücuma məruz qalıb.
Eurasia Diary xəbər verir ki, bu barədə "The Jakarta Post" xəbər verir. Nəticədə nazir yaralanıb və dərhal xəstəxanaya yerləşdirilib. Hücum zamanı həmçinin yerli polis rəisi də yaralanıb.
Bildirilir ki, hücum nazirin yerli universitetin açılışında iştirak etməsindən sonra baş verib. Naməlum şəxs Viranto Banten maşına minən zaman ona hücum etməyə çalışıb.
Faktla əlaqədar artıq bir kişi və bir qadın həbs olunub.