“Əsəd rejimi və Rusiya ilə sazişə gedəcəyik” - Terrorçuların lideri indi də ABŞ-ı hədələyir | Eurasia Diary - ednews.net

14 Noyabr, Cümə axşamı


“Əsəd rejimi və Rusiya ilə sazişə gedəcəyik” - Terrorçuların lideri indi də ABŞ-ı hədələyir

Dünya A- A A+
Suriyadakı kürd terrorçu qruplaşmasının komandanı Məzlum Abdi bəyan edib ki, əgər Birləşmiş Ştatlar Türkiyənin hücumlarının dayandırılmasına kömək etməsə, onlar Bəşər Əsəd rejimi və Rusiya ilə sazişə gedəcəklər. 
 
Eurasia Diary-nin «CNN» kanalına istinadən məlumatına görə, Abdi qeyd edib ki, onun Türkiyəyə qarşı düşmənçilik niyyəti yoxdur və onlrarla razılığa gəlmək istəyir. O. eyni zamanda Amerika Birləşmiş Ştatlarını (ABŞ) xəyanətdə və mənəviyyatsız davranışda günahlandırıb. Onun sözlərinə görə, ABŞ hakimiyyəti Türkiyənin Suriyada bu cür miqyaslı əməliyyat aparacağını gözləmirdi.
 
Xatırladaq ki, oktyabrın 9-da Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Suriyada «Sülh bulağı» hərbi əməliyyatının başlandığını elan edib. Ankara bildirib ki, bu əməliyyat terrorçu kürd fəhlə partiyasına (PKK) və İŞİD terrorçu qruplaşmaya qarşı aparılır.
 
Son məlumata görə, əməliyyat nəticəsində 480 terrorçu zərərsizləşdirilib. (Azpolitika.info)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...