Vaşinqton Ankara ilə razılaşdı: - Türk ordusu Suriyada əməliyyatları dayandırdı | Eurasia Diary - ednews.net

12 Noyabr, Çərşənbə axşamı


Vaşinqton Ankara ilə razılaşdı: - Türk ordusu Suriyada əməliyyatları dayandırdı

Dünya A- A A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın vitse-prezidenti Mayk Pens arasında görüş razılıqla bitib.

Eurasia Diary-nin xarici mediaya istinadən məlumatına görə,  ABŞ-ın vitse-prezidenti Mayk Pens görüşdə müzakirə və qəbul edilən qərarları açıqlayıb.

Onun sözlərinə görə, tərəflər YPG qüvvələrinin təhlükəsiz bölgəyə daşınması üçün Türkiyənin hərbi əməliyyatları bir müddət dayandırmasına qərar verib: "Türkiyə Suriyada keçirdiyi hərbi əməliyyatı 120 saatlıq dayandıracaq. YPG 120 saat ərzində ərazidən çəkiləcək".

Maykl Pens bildirib ki, ABŞ Türkiyə ilə bağlı yeni sanksiyalar tətbiq etməyəcək.

Bu arada ABŞ prezidenti də şəxsi "Tvitter" hesabında Ərdoğana təşəkkür edib:

"Türkiyədən gözəl xəbərlər var, milyonlarla həyat xilas olunacaq".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...