Ərdoğan Trampla telefon danışığının təfərrüatlarını açıqlayıb | Eurasia Diary - ednews.net

22 Noyabr, Cümə


Ərdoğan Trampla telefon danışığının təfərrüatlarını açıqlayıb

Dünya A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Tramp ilə baş tutan telefon danışığının bəzi təfərrüatlarını açıqlayıb.

Eurasia Diary xəbər verir ki, bu barədə Ərdoğan öz “Twitter” səhifəsində yazıb.

Türkiyə lideri, ABŞ vitse-prezidenti Maykl Pens arasında son danışıqlar zamanı Suriyanın şimalında təhlükəsizlik zonanın yaradılması ilə bağlı əldə edilən razılaşmaların həyata keçirilməsindən məmnunluğunu ifadə edib.

Ərdoğan həmçinin ABŞ və Türkiyə arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün danışıqların aparılmasının vacibliyinə diqqət çəkib. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...