Nazarbayevin nəvəsi Londonda həbs olundu | Eurasia Diary - ednews.net

22 Noyabr, Cümə


Nazarbayevin nəvəsi Londonda həbs olundu

Dünya A- A A+

Londonun Sautvork bölgəsinin Kral Məhkəməsi Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayevə bir illik şərti həbs cəzası verib.

Eurasia Diary rus mətbuatına istinadən bildirir ki, A. Nazarbayevin həbsinə səbəb onun polisə müqavimət göstərməsi və başqasına məxsus mülkə qanunsuz daxil olmasıdır. Bildirilir ki, məhkəmə ona iyul ayındakı insidentə görə cəza verib.

İddialara görə o, Londonun “Covent Garden” bölgəsində bir evin pəncərəsindən tullanmaq istərkən ona mane olmağa çalışan polisin əlindən dişləyibmiş.

29 yaşlı Nazarbayevə verilən hökmdə 18 aylıq sınaq müddəti və narkomaniya müalicəsi də var. (virtualaz.org)

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...