Rusiyanın Omsk şəhərində ermənilərə məxsus “Artsax” kafesi sökülür.
Eurasia Diary Rusiya KİV-nə istinadən xəbər verir ki, kafedəki səs-küyə görə ətraf ərazilərdə yaşayan sakinlərin rahatlığı pozulub. Bundan başqa, kafe ətrafında soyğunçuluq halları və kriminal ünsürərin toplanması müşahidə edilib.
Meriya biznesmen Araik Qriqoryana məxsus kafenin qanunsuz tikili kimi sökülməsinə qərar verib. (Modern.az)