Avstraliyada meşə yanğınları tüğyan edir: - ölənlər var | Eurasia Diary - ednews.net

12 Noyabr, Çərşənbə axşamı


Avstraliyada meşə yanğınları tüğyan edir: - ölənlər var

Dünya A- A A+
Avstraliyada meşə yanğınları nəticəsində üç nəfər həlak olub.
 
Eurasia Diary xəbər verir ki, bu barədə AFR məlumat verir.
 
Daha 30-a yaxın insanın xəsarət aldığı bildirilir. Yaralıların əksəriyyətinin yanğınsöndürmə və xilasetmə xidmətlərinin işçiləri olduğu qeyd edilir.
 
Nəşrin verdiyi məlumata əsasən, min nəfərdən çox adam təxliyə edilib, 150-yə yaxın ev isə yanğın nəticəsində məhv edilib.
 
Avstraliya Yeni Cənubi Vels ştatının yanğın xidməti sakinləri sürətlə yayılan yanğınla mübarizə apara bilmədiyini xəbərdar edib. Avstraliyalılara, həmçinin bildirilib ki, onlara kömək edə bilməmək ehtimalı da var.
 
Qeyd edilir ki, yanğın Kvinsland ştatının sərhədindən cənub sahillərinədək olan ərazilərdə, həmçinin mərkəzi qərb regionunun ərazisində tüğyan edəcək.(oxu.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...