Boliviyada iğtişaşlar zamanı 7 nəfər ölüb | Eurasia Diary - ednews.net

11 Dekabr, Çərşənbə


Boliviyada iğtişaşlar zamanı 7 nəfər ölüb

Dünya A- A A+

Boliviyada etiraz aksiyaları zamanı azı 7 nəfər ölüb.

Eurasia Diary-nin “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə “El Deber” qəzeti prokurorluğa istinadən məlumat yayıb.

Bundan əvvəl 2 nəfərin ölməsi, 12 nəfərin xəsarət alması barədə məlumat verilmişdi.

Məlumata görə, paytaxt La-Pasda 2 nəfər, Santa-Krus şəhərində 2 nəfər və 3 nəfər də Koçabambada ölüb.

Boliviyanın bütün rəhbər şəxsləri istefa etdikdən sonra ilk növbədə La-Pas, Koçabamba və Santa-Krus kimi böyük şəhərlərdə iğtişaşlar, yanğınlar törədilib və məmurların evlərinə hücumlar baş verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...