Venesuela diplomatları Boliviyanı tərk edib | Eurasia Diary - ednews.net

14 Dekabr, Şənbə


Venesuela diplomatları Boliviyanı tərk edib

Dünya A- A A+

Venesuelanın Boliviyadakı səfirliyinin diplomatik personalı bu ölkəni tərk edib.

Eurasia Diary RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Venesuela prezidenti Nikolas Maduro bildirib.

"Qırx səkkiz saat əvvəl mən bütün diplomatik personala ölkəni tərk etməyi əmr etdim", - deyə Maduro kitab yarmarkasındakı çıxışının gedişatında diplomatların qayıdışı barədə bildirib. Venesuela prezidentinin sözlərinə görə, səfirliyin əməkdaşları şəxsi təhdidlər alıblar. Onları binanı hücumla ələ keçirib yandırmaqla hədələyiblər.

Boliviyanın Xarici İşlər Nazirliyinin müvəqqəti başçısı Karen Lonqarik noyabrın 15-də ölkənin daxili işlərinə müdaxilə üçün Venesuela diplomatlarını persona-non qrata elan edib. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...