İsrail İrana hərbi müdaxilə edə bilərmi? - İsrael Katsdan açıqlama | Eurasia Diary - ednews.net

23 Yanvar, Cümə axşamı


İsrail İrana hərbi müdaxilə edə bilərmi? - İsrael Katsdan açıqlama

Dünya A- A A+

İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün hava zərbələri endirməyə hazırdır.


Eurasia Diary bildirir ki, belə bəyanatla İsrailin xarici işlər naziri İsrael Kats İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində çıxış edib.

“İranın bombardman edilməsi İsrailin nəzərdən keçirdiyi variantdırmı?” -jurnalist soruşub.

“Bəli, bu variantdır. Biz İrana imkan vermərik ki, nüvə silahı əldə etsin və ya onu hazırlasın. Əgər bu İranı dayandırmaq üçün sonuncu imkan olarsa biz hərbi spektrdə hərəkət etməyə hazırıq”,-İsrael Kats bildirib.

Nazir Avropa ölkələrini tənqid edərək deyib ki, onlar Birləşmiş Ştatların İrana qarşı təzyiqlərinə dəstək vermirlər.

“İranlılar nə qədər ki, özlərini aldadıb Avropanın onları dəstəklədiyini düşünürlər, geri çəkilmək onlar üçün asan deyil”.-Kats deyib.     (virtualaz.org)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...