Prezidentə rüşvətxorluq maddəsini yükləmək istəyirlər

Dünya 16:55 10.12.2019

ABŞ Nümayəndələr Palatasının Ədliyyə Komitəsi bu həftə prezident Donald Trampa qarşı rəsmi impiçment maddələrini səsverməyə çıxaracaq. Palatada tam səsvermə isə gələn həftə keçirilə bilər. Maddələr irəli sürülərsə, Tramp Senatda mühakimə oluna bilər. Senat prezidentin Respublikaçılar partiyasının nəzarətindədir.

“Reuters” agentliyi prezidentə irəli sürülə biləcək maddələri araşdırıb.

Demokratlar sentyabrda impiçment araşdırmasına başlayıblar. Trampın Ukraynadan siyasi rəqibi Co Bayden  və oğlu barəsində araşdırma aparmağı istəməklə şəxsi siyasi mənfəət güddüyü iddia olunur. Tramp administrasiyasının rəsmiləri ictimai dinləmələrdə deyiblər ki, Ağ ev Ukraynaya 400 milyon dollara yaxın yardımı ayırmağı saxlamaqla onun prezidentinə təzyiq göstərmək istəyib, yəni araşdırmayla bağlı ictimai açıqlama tələb edib.

Palatanın spikeri Nensi Pelosi  Trampın bu davranışını rüşvətxorluq adlandırıb. Demokratlar isə prezidentin Ukraynadan yaxşılıq istəməsini latınca “əl əli yuyar, əl də üzü” ifadəsiylə xarakterizə ediblər. “Rüşvət, seçkilərlə bağlı saxta təhqiqata dair ictimai bəyanat qarşılığında hərbi yardımı ayırmaq, yaxud saxlamaqdır. Bu, rüşvətxorluqdur”, – Pelosi deyib.

Hüquq ekspertlərinin fikrincə, Trampın davranışını rüşvətxorluq kimi qələmə vermək istəyi böyükdür, çünki ABŞ Konstitusiyasında bu, iki impiç olunası pozuntudan biridir.

Ədliyyə Komitəsində demokratların vəkili Barry Berke isə bazar ertəsi dəfələrlə deyib ki, Trampın davranışı hakimiyyətdən sui-istifadədir. Agentlik bunun rüşvətxorluq maddəsindən əlçəkmənin əlaməti ola biləcəyini yazır. Elə bir sıra hüquq ekspertləri də düşünürlər ki, Palatadakı demokratlar prezidentin davranışını rüşvətxorluq deyil, hakimiyyətdən sui-istifadə adlandırsalar, daha yaxşı olar.

Məsələ bundadır ki, siyasi rüşvətxorluq ABŞ qanunvericiliyində konkret, dar çərçivədə müəyyənləşdirilmiş cinayətdir. Bu zaman Trampın respublikaçı həmkarları deyə bilərlər ki, demokratlar prezidentin konkret cinayətə yol verdiyini sübut edə bilmirlər. Bir sıra hüquq ekspertlərinin fikrincə, impiçment siyasi prosesdir, məhkəmə proseduru deyil və Palatadakı demokratların ABŞ cinayət məcəlləsinə uyğun olaraq rüşvətxorluğun təsnifini qəbul etməsi tələb olunmur.

Palata demokratları deyirlər ki, Tramp sənədləri verməməklə, baş müşavirləri və hökumət rəsmilərinə dindirmələrə getməmək göstərişi verməklə impiçment araşdırmasına əngəlləyib. Ağ evin mövqeyincə, Konstitusiya prezidentin aparıcı müşavirlərinin Konqres qarşısında ifadə verməsini vacib hesab etmir. Ancaq noyabrın 25-də hakim bu arqumenti rədd elədi. O zaman Ağ evin keçmiş müşaviri Don Makqahna göndərilmiş çağırış mübahisələndirilmişdi.

Demokratlardan bəziləri yalnız Ukraynaya fokuslanmağın tərəfdarıdır. Digərlərinin fikrincə, Tramp martda açıqlanmış 448 səhifəlik hesabat əsasında da impiç olunmalıdır. Keçmiş xüsusi prokuror Robert Müller hazırladığı hesabat Rusiyanın 2016-cı ildə prezident seçkisinə müdaxiləsi detallı təsvir olunurdu, bunun haker və propaqanda kampaniyası, Trampın seçki kampaniyası ilə Moskva arasında kontaktlar vasitəsilə gerçəkləşdiyi bildirilirdi.

Hesabatda Trampın təhqiqata mane olmağa çalışdığı 10-dək hal sadalanır. Müller prezidenti ədalətə maneçilik törətməklə bağlı təmizə çıxarmamışdı. Amma Baş prokuror Uilyam Barr sonradan belə bir qərar verdi ki, prezident hər hansı maneçilik törətməyib.

 
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO

Xəbər xətti

Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi
13:20 26.04.2024
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:15 26.04.2024
“Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək” - Olaf Şolts
13:12 26.04.2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlandı
13:01 26.04.2024
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər” - VİDEO
12:51 26.04.2024
Hamısı