Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının yeni baş naziri postuna hazırda Federal Vergi Xidmətinin rəhbəri vəzifəsini tutan Mixail Mişustinin namizədliyini irəli sürüb.
Eurasia Diary infoteka24-ə istinadla xəbər verir ki, Mixail Mişustinin Ermənistanla yaxın əlaqələri var. Bəlkə də, bu təsadüf deyil. Məsələ burasındadır ki, bəzi ekspertlərin fikrincə, Rusiyanın mümkün yeni baş naziri ana tərəfdən ermənidir.
Mişustin ötən yay İrəvanda keçirilən WSIT-2019 Ümumdünya İnformasiya Texnologiyaları Konqresində iştirak etmişdir. Səfəri çərçivəsində məşhur "Ayb" məktəbini də ziyarət еtmişdir.
Mişustinin yaxın dostlarından biri universiteti bitirdikdən sonra işlədiyi "Beynəlxalq Kompüter Klubu"nun yaradıcısı Levon Amdilyandır. İxtisasca sistem mühəndisidir. Və ola bilsin ki, məmurun peşə biliyi və onun Ermənistanla əlaqəsi iki ölkə arasında informasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafına öz töhfəsini verəcək.
Qeyd edək ki, Mixail Mişustin baş nazir təyin edilərsə bu Rusiya hökumətində erməni əsilli ikinci yüksək vəzifə sahibi şəxs olacaq.