Anadolu Agentliyi (AA), Misir polisi tərəfindən 14 yanvar Çərşənbə axşamı Qahirə ofisinə edilən basqın zamanı tutulan dörd əməkdaşından birinin, Türkiyə vətəndaşı Hilmi Balcının azad edildiyini bildirib.
Eurasia Diary xəbər verir ki, AA İdarə heyəti Başçısı və baş direktoru Şenol Kazancı, "Misirdə nəzarət altına alınan dörd əməkdaşdan biri Hilmi Balcı sərbəst buraxılıb. Digərlərinin də girov müqabilində sərbəst buraxılmasını gözləyirik", deyə açıqlama verib.
"Əməkdaşlarımızı dərhal azad edin"
Yazılı açıqlamada agentlik Misir səlahiyyətlərinə "əməkdaşlarımızı azad edin", deyə çağırış etmişdi:
"AA, Qahirədəki komandasının obyektiv və peşəkar olduğunu və vəzifə öhdəliklərindən sui istifadə halının olmadığını vurğulayaraq Misir səlahiyyətlilərindən Hilmi Balcı, Hüseyni əl-Kabbani, Hüseyin əl-Abbas və Abdelselam Məhəmmədin dərhal azad edilməsini istəyir".