Xameneynidən gövdə göstərişi - Xalqın qarşısına çıxacaq | Eurasia Diary - ednews.net

23 Fevral,


Xameneynidən gövdə göstərişi - Xalqın qarşısına çıxacaq

Dünya A- A A+
İranın Ali dini lideri Ayətullah Əli Xameneyi bu gün cümə namazını paytaxt Tehranın Musalla Məscidində qılacaq.

Eurasia Diary-nin “Mehr” agentliyinə istinadən xəbərinə görə, bununla İran xalqının birliyi və əzəməti bir daha nümayiş etdiriləcək.
 
Qeyd olunur ki, 80 yaşlı Xameneyi cümə namazını sonuncu dəfə 2012-ci ildə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 33-cü ildönümü münasibətilə qılıb.
 
Yaxın Şərq siyasəti üzrə Vaşinqton İnstitutunun eksperti Mehdi Halaci dini liderin əhəmiyyətli bir mesaj vermək istədiyi zaman cümə namazını qıldığını və bu baxımdan bunun simvolik olaraq əhəmiyyətli bir hərəkət olaraq qəbul edildiyini söyləyib.“BBC”dən Kasra Naji Xameneyinin sonuncu dəfə Ərəb Baharının ən gərgin günlərində cümə namazını qıldığına işarə edib: “O dövrdə xütbəni ərəb dilində oxuyaraq bunun bütün ərəb dünyasında eşidilməsini təmin etmişdi. O, ərəb coğrafiyasında baş verənləri İslami Oyanış kimi təsvir edərək hadisələri idarə etmək istəmişdi. Ancaq bunu bacarmadı”.
 
Onun sözlərinə görə, İranın Ali dini lideri bu qərarı ilə həm də yanvarın 8-də Tehranın Xomeyni adına beynəlxalq hava limanında Ukrayna təyyarəsinin qəzaya düşməsinə səbəbkar olduğuna görə geniş tənqidlərlə qarşı-qarşıya olan İran hərbi qüvvələrinə sahib çıxdığını göstərmiş olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...