PKK/YPG terror təşkilatından qaçan daha 3 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.
Eurasia Diary xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada, “PKK terrorçuları təhlükəsizlik qüvvələrimizin qətiyyətli əməliyyatları nəticəsində təslim olmağa davam edir.
İraqın şimalından ve Suriyadakı sığınacaq yerlərindən qaçan digər üç PKK/YPG terrorçusu Şırnakın Silopi və Şanlıurfanın Suruç qəsəbələrindəki sərhəd məntəqələrimizə təslim olub”, - deyə bildirilib.
Diyarbəkirdə HDP binası qarşısında aksiya keçirən analardan biri olan Xədicə Ceylan da bir gün əvvəl övladına qovuşub. Xədicə Ceylanın oğlu Cəfər bir dostu ilə terror təşkilatından qaçaraq təslim olub.