Fevralın 16-da səhər saatlarında Moskvadakı Müqəddəs Nikolay məbədində dindarlara basqın olub.
26 yaşlı Lipetsk sakini məbəddə olan dindarlara basqın edərək iki nəfəri bıçaqla yaralayıb.
Eurasia Diary azərtac-a istinadən xəbər verir ki, bu barədə Rusiya DİN-in rəsmi nümayəndəsi jurnalistlərə bildirib ki, basqın edən şəxs saxlanılıb, yaralılar xəstəxanaya yerləşdiriliblər.
Hadisənin səbəbləri araşdırılır. Faktla bağlı cinayət işi açılıb.