Donald Tramp Rəcəb Tayyib Ərdoğana təşəkkür edib | Eurasia Diary - ednews.net

3 Aprel, Cümə


Donald Tramp Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

Dünya A- A A+

ABŞ Prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Eurasia Diary  xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən bildirilib.

Liderlər arasında baş tutan telefon danışığından sonra verilən açıqlamada Trampın İdlib mövzusundakı narahatlığını dilə gətirdiyi və Ərdoğana Türkiyənin humanitar fəlakətin qarşısını almaq üçün atdığı addımlardan dolayı təşəkkür etdiyi qeyd olunub.

Həmçinin, Tramp Rusiyanın Bəşər Əsəd rejiminə dəstəyini sonlandırması və Suriyadakı vətəndaş müharibəsinin siyasi həllinə nail olunması istəyini Ərdoğana çatdırıb. (publika.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...