Koronavirus sürətlə Avropaya yayılır - Koronavirus Şimali Avropayada yayıldı | Eurasia Diary - ednews.net

7 Aprel, Çərşənbə axşamı


Koronavirus sürətlə Avropaya yayılır - Koronavirus Şimali Avropayada yayıldı

Dünya A- A A+

Koronavirus epidemiyası getdikcə Avropanın içərlərinə doğru yayılmağa başlayıb. İtaliya və Danimarkadan sonra Norveçdə də virusa yoluxma halı qeydə alınıb.

Eurasia Diary Norveç KİV-lərinə istinadla xəbər verir ki, bir az öncə Çinə səfər etmiş, təhlükəli virusa orda yoluxduğu təxmin edilən şəxs Krallığın Trömsö şəhərində yaşayır.

Hazırda Norveçin səlahiyyətli orqanları virus daşıyıcısının (COVID-19) ünsiyyətdə olduğu insanları müəyyən edir. Lakin Norveç Xalq Sağlamlığı İnstitutu, onun infeksiya riski yaratması şansının aşağı olduğunu bildirib.

Adı açıqlanmayan şəxsdə virusun olması, onun keçən həftənin sonu Çindən qayıtdıqdan sonra aşkar edilib. İndi o, daimi nəzarət şəraitində evində karantində saxlanılır.

Qeyd edək ki, bu Norveç ərazisində COVID-19-a ilk yoluxma halıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...