Bu ölkədə koronavirusa görə küçəyə çıxmaq qadağan edildi | Eurasia Diary - ednews.net

6 Aprel, Bazar ertəsi


Bu ölkədə koronavirusa görə küçəyə çıxmaq qadağan edildi

Dünya A- A A+

Dünyanın ən çox əhalisinə sahib ikinci ölkəsi olan Hindistanda Baş nazir Narendra Modi vətəndaşlara 21 gün evlərindən çölə çıxmağa qadağa qoyub.

EdNews sondakika.com-a istinadən xəbər verir ki, baş nazir bu qadağanı koronavirusepidemiyasının yayılmasının qarşısını almaq məqsədi ilə etdiyini açıqlayıb.

O, insanlardan bir-birilərindən uzaq qalmaqlarını istəyib.

Bunun tək çıxış yolu olduğunu vurğulayan Modi mərkəzi hökumət və əyalətlərin əsas ehtiyaclarını təmin etmək üçün səhiyyə sektorunun infrastrukturunu gücləndirmək məqsədilə iki milyard dollar ayrıldığını deyib.

Qeyd edək ki, 1,3 milyard insanın evlərindən çölə çıxmasının qadağan olunduğu Hindistanda koronavirus səbəbindən indiyə qədər 10 nəfər həyatını itirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...