İspaniyada 9500 tibb işçisi koronavirusa yoluxub | Eurasia Diary - ednews.net

25 May, Bazar ertəsi


İspaniyada 9500 tibb işçisi koronavirusa yoluxub

Dünya A- A A+

İspaniyada 9500 nəfərə yaxın tibb işçisi koronavirusa (COVID-19) yoluxub. 

"EDNews" xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyinin nümayəndəsi Fernando Simon bildirib. 

 O, 9444 tibb işçisinin yeni növ koronavirusa yoluxduğunu söyləyib: “Bu, digər ölkələrlə müqayisədə böyük rəqəmdir. Bu, bizim qayğılarımızdan biridir, bunun üzərində işləyirik".

Qeyd edək ki, İspaniya Avropada koronavirusun yayılmasına görə İtaliyadan sonra ikinci ölkədir. 27 mart tarixinə olan məlumatlara əsasən, bu ölkədə 64 mindən çox yoluxma halı qeydə alınıb. Bu virusdan ölənlərin sayı isə 4858-ə çatıb. Bu rəqəmlərin yarısı paytaxt Madridin payına düşür.

 

EDNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...