ABŞ Venesuelada keçid hökuməti formalaşdırmağı təklif etdi | Eurasia Diary - ednews.net

28 May, Cümə axşamı


ABŞ Venesuelada keçid hökuməti formalaşdırmağı təklif etdi

Dünya A- A A+

Rəsmi Vaşinqton Venesuelada hazırkı prezident Nikolas Maduro tərəfdarlarının iştirakı ilə müvəqqəti hökumətin formalaşdırılmasını dəstəkləyir.

EdNews xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib.

Bu halda diplomat qeyd edib ki, yeni formalaşdırılacaq hökumətdə nə Maduro olmalıdır, nə onun əsas rəqibi - müxalifət lideri Xuan Quaydo.

Birləşmiş Ştatların xarici siyasət idarəsinin başçısı deyib ki, ABŞ-ın planına əsasən, seçkilərə qədər ölkəyə beş nəfərlik şura rəhbərlik etməlidir. Onun üzvləri parlament tərəfindən üçdə iki səs çoxluğu ilə seçilməlidir.

Pompeonun sözlərinə görə, bu, ABŞ Venesuelaya tətbiq etdiyi sanksiyaların ləğvinə gedən yolda ilk addım ola bilər.(report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...