Misirdə koronavirusdan daha 5 nəfər ölüb | Eurasia Diary - ednews.net

28 May, Cümə axşamı


Misirdə koronavirusdan daha 5 nəfər ölüb

Dünya A- A A+

Misirdə COVID-19 virusundan ölənlərin sayı 46 nəfərə çatıb.

EdNews xəbər verir ki, bunu Misirin Səhiyyə naziri Hala Zayed bildirib.

O qeyd edib ki, son bir sutkada xəstəlikdən daha 5 nəfər dünyasını dəyişib. Həyatını itirənlərdən ikisi karantinə aparılarkən yolda dünyasını dəyişib.

Nazir bildirib ki, martın 31-da ölkədə koronavirusa 54 yeni yoluxma halı qeydə alınıb və beləliklə, xəstələrin ümumi sayı 710 nəfərə çatıb. Onun sözlərinə görə, COVID-19 virusuna yeni yoluxanların hamısı Misir vətəndaşlarıdır. H.Zayed əlavə edib ki, indiyədək 157 koronavirus xəstəsi tam sağalaraq evlərinə buraxılıb.

Ölkədəki vəziyyəti sabit kimi dəyərləndirən nazir diqqətə çatdırıb ki, qlobal miqyasda hər 1 milyon insana 105 koronavirus xəstəsi və 6 ölüm faktı düşdüyü halda, 100 milyon əhalisi olan Misirdə bu rəqəmlər müvafiq olaraq 6 və 0,4 arasındadır. O qeyd edib ki, koronavirusa yoluxanların əksəriyyəti xarici ölkələrdən qayıdan insanlarla təmasda olanlardır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...