Misirdə koronavirusdan sağalan hamilə qadın uşaq dünyaya gətirib.
EdNews xəbər verir ki, 35 yaşlı misirli qadın doqquz aylıq hamiləlik müddətində Qırmızı dəniz sahilindəki Hurhaqa şəhərindəki xəstəxanada COVID-19 virusundan on gün ərzində müalicə olunub. Tamamilə sağalandan sonra onun üzərində uğurlu Qeysəriyyə əməliyyatı aparılıb. Xəstəxananın cərrah ginekoloqu Radə Naccar bildirib ki, qadın özünü yaxşı hiss edir və Adəm adlı körpədən də koronavirus analizi götürülüb.
Misirdə iki gün əvvəl də COVID-19 virusuna yoluxmuş 30 yaşlı başqa bir hamilə qadın Esna xəstəxanasında karantin altına alınıb. Səkkiz aylıq hamilə olan bu gələcək ananın da tam sağaldığı bildirilir (azərtac).