Dünyada koronavirusdan ölənlərin sayı 70 mini ötdü | Eurasia Diary - ednews.net

28 May, Cümə axşamı


Dünyada koronavirusdan ölənlərin sayı 70 mini ötdü

Dünya A- A A+

Dünyada koronavirus qurbanlarının sayı 70 182 nəfərə çatıb.

EdNews xəbər verir ki, dünyada koronavirusdan ən çox ölüm hadisəsi İtaliya (15 887), İspaniya (13 055), ABŞ (9 267), Fransa (8 078) və Böyük Britaniyada (4 934) qeydə alınıb.

Dünyada indiyədək qeydə alınmış yoluxma hallarının sayı isə 1 300 000-ə yaxınlaşıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırdavirus 208 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...