İspaniyada son sutka ərzində 743 nəfər yeni növ koronavirusdan vəfat edib.
EdNews-un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 13 798 nəfərə yüksəlib.
İspaniyada 5478 yeni yoluxma faktı qeydə alınıb, ümumilikdə yoluxanların sayı 140 510-a çatıb.