Ermənistanda daha 28 koronavirusa yoluxma faktı təsdiq olunub.
EdNews Ermənistan KİV-nə istinadən xəbər verir ki, aprelin 8-i üçün koronavirusa yoluxanların sayı 881 nəfərə çatıb.
Onlardan 114-ü sağalıb, 9-u isə ölüb. Sonuncu ölən şəxsin 93 yaşı olub və o həm də onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Daha 8 pasientin vəziyyətinin kritik olduğu vurğulanır. (modern.az)