Pandemiya səbəbi ilə 39 milyon insan işini itirib | Eurasia Diary - ednews.net

15 Avqust, Şənbə


Pandemiya səbəbi ilə 39 milyon insan işini itirib

Dünya A- A A+

ABŞ-da, təqribən, 39 milyon sakin yeni növ koronavirusun yayılması təhlükəsi ilə bağlı ölkədə tətbiq olunan məhdudlaşdırıcı tədbirlər səbəbindən işsiz qalıb.

EDNews.net  xəbər verir ki, son həftə ərzində 2,4 milyondan çox insan işsizlik müavinəti almaq üçün müraciət edib. Müavinət almaq üçün müraciət edənlərin ümumi sayının 38,6 milyon nəfərə qədər artdığı qeyd olunur.

Bununla yanaşı, nazirlikdən son yeddi həftə ərzində daxil olmuş müraciətlərin sayında azalma müşahidə olunduğu bildirilib. “Amma yenə də bu, böhrandan əvvəlki dövrdəki analoji göstəricidən on dəfə çoxdur”, – məlumatda vurğulanıb.(azərbaycan24)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...