Pakistan qəzada həlak olan sərnişinlərin ailələrinə təzminat ödəyəcək | Eurasia Diary - ednews.net

6 İyul, Bazar ertəsi


Pakistan qəzada həlak olan sərnişinlərin ailələrinə təzminat ödəyəcək

Dünya A- A A+

Pakistan hökuməti “Airbus 320” sərnişin təyyarəsində həlak olan hər şəxsin ailəsinə 6 200 ABŞ dolları (10 min manat) məbləgində təzminat ödəyəcək.

EDNews.net  xəbər verir ki, bu barədə Pakistanın Aviasiya naziri Qulam Sərvər Xan jurnalistlər üçün keçirilən mətbuat konfransında məlumat verib.

Q.Sərvər Xan təyyarənin qəzaya uğraması nəticəsində yararsız hala düşən evlərin sakinlərinə də dövlət tərəfindən yardım ayrılacağını vurğulayıb.

Qeyd edək ki, ötən gün “Pakistan Hava Yolları” şirkətinə məxsus “Airbus 320" sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 99 sərnişin və səkkiz ekipaj üzvü olmaqla 107 nəfər həlak olub. (modern.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...