Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard Avrozona iqtisadiyyatının yeni növ koronavirus (COVID-19) pandemiyasından sonra bu il 8-12% azalacağını bildirib.
EDNews.net xəbər verir ki, bu barədə "Reuters" xəbər verir.
Daha əvvəl Avropa Mərkəzi Bankı iqtisadiyyatın 5-12% azalacağını proqnozlaşdırırdı. Lakin K. Laqardın sözlərinə görə, "yumşaq" ssenari artıq köhnəlib. O, faktiki nəticənin "orta" və "ağır" ssenarilər arasında olacağını qeyd edib.
Avropa Mərkəzi Bankının baş iqtisadçısı Filip Leyn bundan öncə "El Pais" qəzetinə verdiyi müsahibədə Avrozona iqtisadiyyatının ən azı 2021-ci ilə qədər böhrandan əvvəlki səviyyəyə çatmayacağını söyləmişdi. Leynin fikrincə, Avropa Mərkəzi Bankı daim vəziyyəti izləyir və lazım olduqda bütün alətlərini tənzimləməyə hazırdır.(APA-Economics)