Qətərin ingilisdilli qəzetlərində 28 May – Respublika Günü ilə əlaqədar yazılar dərc olunub | Eurasia Diary - ednews.net

9 İyul, Cümə axşamı


Qətərin ingilisdilli qəzetlərində 28 May – Respublika Günü ilə əlaqədar yazılar dərc olunub

Dünya A- A A+
Qətərin ingilisdilli “Gulf Times” və “Peninsula” qəzetlərində 28 May – Respublika Günü ilə əlaqədar geniş materiallar dərc olunub.
 
Azərbaycanın Qətərdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalələrdə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu diqqətə çatdırılır. Gənc respublikanın qısa müddətdə dövlət quruculuğu, insan və vətəndaş hüquqlarının müdafiəsi, təhsil, diplomatik əlaqələrin qurulması, dünya dövlətləri tərəfindən tanınması və digər istiqamətlərdə əldə etdiyi nailiyyətlərdən danışılır.
 
Məqalələrdə qeyd olunur ki, 1920-ci ilin aprelində bolşevik işğalı Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoysa da, onun varisi kimi, 1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa edib. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan müxtəlif çətinliklərlə, o cümlədən Ermənistanın ərazi iddiaları, mürəkkəb geosiyasi proseslər və iqtisadi-sosial problemlərlə üzləşib. Belə bir çətin vaxtda Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin yürütdüyü siyasət nəticəsində müstəqilliyin və dövlətçiliyin qorunub saxlanılmasına və gücləndirilməsinə nail olunub.
 
Dərc olunan məqalələrdə, həmçinin Azərbaycan-Qətər əlaqələrinin tarixi, bu günü və gələcək perspektivləri barədə geniş məlumat verilir.

azertag.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...