Gürcüstan otellərində “İsveç stolu”ndan imtina edilir | Eurasia Diary - ednews.net

8 İyul, Çərşənbə


Gürcüstan otellərində “İsveç stolu”ndan imtina edilir

Dünya A- A A+

Gürcüstan mehmanxanalarında “İsveç stolu” artıq olmayacaq.

EDNews.net  xəbər verir ki, bu barədə ölkənin Mehmanxana və Restoranlar Federasiyasının rəhbəri Şalva Alaverdaşvili bildirib.

O deyib ki, bütün otellər bu yeni tənzimləməyə riayət etməli olacaqlar: “Restoranlarda qidalanma konsepsiyasına əsaslı şəkildə yenidən baxılacaq. Mahiyyət ondan ibarətdir ki, qonaqlar ümumi boşqab, qaşıq və çəngəllərə toxunmayacaqlar”.

Ş.Alaverdaşvili əlavə edib ki, mehmanxanalardakı su hovuzları ilə bağlı yeni qaydalara əsasən şezlonqlar arasında məsafə 2 metr təşkil etməlidir.

Qeyd edək ki, qonşu ölkədə otellər iyunun 8-dən etibarən fəaliyyətini bərpa edəcək. (report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...