Kanadada irqçilik əleyhinə etiraz aksiyası keçirilib | Eurasia Diary - ednews.net

7 İyul, Çərşənbə axşamı


Kanadada irqçilik əleyhinə etiraz aksiyası keçirilib

Dünya A- A A+

ABŞ-ın Minneapolis şəhərində polis tərəfindən saxlanılan afroamerikalının ölümündən sonra Kanadanın Toronto şəhərində də irqçilik əleyhinə etiraz aksiyaları keçirilib. Aksiyalarda bir neçə min nəfər insan iştirak edib.

EDNews.net  xəbər verir ki, bu barədə “CBC” telekanalı məlumat yayıb.

Məlumata görə, aksiya dinc şəkildə baş tutub. Aksiya iştirakçıları əllərində irqçiliyə və polis zorakılığına qarşı şüarlar yazılmış plakatlarla dinc yürüş ediblər.

Nümayişçilərin təhlükəsizliyi çox sayda polis əməkdaşları tərəfindən təmin olunub.(apa)

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...