Şuşada and içən qondarma "prezident" snayperlə hədəfləri vurdu - VİDEO | Eurasia Diary - ednews.net

16 İyul, Cümə axşamı


Şuşada and içən qondarma "prezident" snayperlə hədəfləri vurdu - VİDEO

Dünya A- A A+
Azərbaycan torpaqlarında qondarma separatçı-terrorçu erməni rejiminin Şuşada and içmiş yeni rəhbəri Araik Arutyunyan həftə sonunu atış meydanında keçirib. 
 
Moderator.az xəbər verir ki, işğalçı ölkə nəşrlərinin yaydığı məlumata görə, qondarma lider bu barədə öz “Facebook” səhifəsində yazıb.
 
"Yeni statusumda hərbi vətənpərvərlik mövzusunda ilk dərslərim... Günün qalan hissəsini atış zonasında keçirdim. Düşünürəm ki, gündüz atəşinin nəticəsi yetərli oldu. Çünki hədəfi 500 metr məsafədən uğurla vurdum. Yaxın vaxtlarda bu göstəricini yaxşılaşdırmağa çalışacağam. “Artsax”dakı bütün çağırışçıların döyüş bacarıqlarını daim yaxşılaşdırması sərhədin digər tərəfindən gələn döyüş hədələrinə ən yaxşı cavabdır... ”- erməni separatçısı deyib.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...