General Türkiyəni hədələdi | Eurasia Diary - ednews.net

3 İyul, Cümə


General Türkiyəni hədələdi

Dünya A- A A+

Türkiyənin Aralıq və Egey dənizindəki fəaliyyətlərindən danışan Yunanıstanın baş qərargah rəisi, general Konstantinos Floros bu ölkəni təhdid edib.

EDNews.net  xəbər verir ki, yunan general Türkiyəni ölkəsini ciddiyə almağa çağırıb.

“Hazırda bölgəmizdə geosiyasi şahmat taxtası alovlanıb. Biz, böyük və cəsur döyüşçülərin nəvələriyik. Bizi ciddiyə almayanlar xətaya yol verirlər, bizi zəif görən hər kəsi əzməyə hazırıq”, - Floros qeyd edib.

Yunan general bundan əvvəlki açıqlamasında da Türkiyəni hədələmişdi:

“Türkiyə Egey dənizində təxribatçı addımlarını davam etdirsə, bunun ehtimal olunmayan nəticələri olan bir fəlakətə səbəb ola bilər”.(teleqraf.com)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...