Yaponiyada isti havada küçədə maskaların çıxarılması tövsiyə olunur | Eurasia Diary - ednews.net

3 İyul, Cümə


Yaponiyada isti havada küçədə maskaların çıxarılması tövsiyə olunur

Dünya A- A A+

Yaponiyanın Ətraf Mühit Nazirliyinin mütəxəssisləri ölkə vətəndaşlarına havaların istiləşməyə başlaması ilə əlaqədar küçədə qoruyucu maskaları çıxarmağı tövsiyə edib.

EDNews.net  xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı xəbər verir.

Belə ki, Yaponiyaya artıq yay istiləri gəlib. Gifu prefekturasında temperatur artıq 32, Fukusimada 31, Tokioda 29,7 dərəcəyə yüksəlib. Gün ərzində havanın tempraturunun yüksələcəyi gözlənilir.

Bununla əlaqədar mütəxəssislər maskada gücləndirilmiş fiziki məşqlərdən çəkinməyi, daha çox içki içməyi və küçədə insanlar arasında kifayət qədər məsafənin olması şərtilə maskanı çıxartmağı tövsiyə ediblər.(report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...