Birləşmiş Millətlər Təşkilatının 950-dən çox əməkdaşı koronavirusa yoluxub. EDNews.net xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın rəsmi nümayəndəsi Stefan Carrik brifinq zamanı deyib.
O 953 əməkdaşın yoluxduğunu və əksər yoluxma hallarının Malidəki BMT sülhməramlıları arasında qeydə alındığını və 2 hərbçinin öldüyünü əlavə edib. Hazırda dünyada 7,6 milyondan çox yoluxma və 425 mindən çox ölüm halı qeydə alınıb.(modern.az)