Türkiyədə fişəng zavodu yenidən alova büründü: - Ölənlər var - VİDEO | Eurasia Diary - ednews.net

5 Avqust, Çərşənbə


Türkiyədə fişəng zavodu yenidən alova büründü: - Ölənlər var - VİDEO

Dünya A- A A+

Türkiyənin Sakarya vilayətindəki fişəng zavodunda yenidən partlayış baş verib.

TASS agentliyi vilayətin qubernatoru Çetin Oktay Yıldırımın açıqlamasına istinadən xəbər verir ki, partlayış nəticəsində zavodda işləyən üç nəfər ölüb, altı işçi yaralanıb.

Məlumatda qeyd olunur ki, hadisə partlayıcı maddələrin daşınması zamanı baş verib.

Xatırladaq ki, altı gün əvvəl də sözügedən zavodda güclü partlayış baş vermişdi. Hadisə nəticəsində 74 nəfər yaralanmış, iki işçi həyatını itirmişdi. 

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...