Birləşmiş Ərəb Əmirlikləri yeni koronavirus infeksiyasına 375 yoluxma faktı qeydə almış və ölkədə infeksiyanın ümumi sayının 59,921 -ə çatdığını və ümumilikdə iyulun 29-na 53,202 nəfərin virusdan sağaldığını, ölüm saynın isə 347-ə çatdığını bildirmişdir.
BƏƏ-nin ölkəyə gələn sərnişinlər üçün əvvəlcədən COVID-19 PZR testlərinin tələb edilməsi qərarı avqustun 1-dən qüvvəyə minəcəkdir. Səlahiyyətlilər BƏƏ ilə əlaqəli COVID-19 sınaq mərkəzi olmayan ölkələrdən BƏƏ-yə gələn sərnişinlər üçün aviakompaniyalar yerli təsdiq edilmiş klinikalardan testlər qəbul edəcəyini açıqlamışlar. Seçilən ölkələrdən olan sərnişinlər BƏƏ-yə gəldikdən sonra yenidən sınaqdan keçiriləcəkdir. BƏƏ-dən İngiltərəyə və AB ölkələrinə səyahət edən bütün sərnişinlər, yola düşmədən əvvəl PZR testindən keçməlidirlər.
BƏƏ-nin səhiyyə orqanları ölkədə aparılan qeyri-aktiv COVID-19 peyvənd tədqiqatının üçüncü mərhələsinin yeni sınaqlarda iştirak etmək üçün 15000-ə qədər könüllüyə icazə vermişdir. Dünyaca aparıcı sınaqlar Abu Dabi Səhiyyə Xidmətləri Şirkəti (SEHA), Abu Dabi Səhiyyə Departamenti, G42 və Çinin Sinopharm farmokoloji şirkətinin birgə əməkdaşlığı nəticəsində həyata keçirilir.
COVID-19 virusunun yayılmasını izləyən R0 və ya çoxalma nömrəsi aşağı enmişdir ki, bud a BƏƏ-də pandemiyanın azaldığını təsdiqləyir. Hazırda 1-dən aşağı yəni 0.74 olan R0 yoluxmanın getdikcə azalacağını göstərir.
BƏƏ aviasiya sənayesi sərnişinlərin inamını təmin etmək üçün yeni tədbirlər tətbiq edir. Emirates hava yolları dünyada təyinatından və səyahət sinfindən asılı olmayaraq bütün sərnişinlərə ödənişsiz COVID-19 sığortası təqdim edən ilk avia şirkətdir. Sərnişinlər tibbi və karantin xərclərinin ödənilməsi üçün avtomatik olaraq qeydiyyata alınacaqlar.
BƏƏ COVID-19 ilə mübarizədə beynəlxalq səylərə sadiqliyini müzakirə etmək üçün ikinci növbədən kənar G-20 Sherpa toplantısında iştirak etmiş, COVID-19-un inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrə təsirinə diqqət yetirməyin vacibliyini vurğulamış və G-20nin planlarını yüksək qiymətləndiqmişdir.
Abu Dabi Səhiyyə Departamenti və Xəlifə Universiteti COVID-19 RNT çıxarılması üçün reagent hazırlamışlar. İki həftə ərzində işlənib hazırlanmış yerli reagent hazırda 4.5 milyonu ötmüş testlərin həcmi və sürətini daha da artıracaqdır.
Yaxın günlərdə Abu Dabinin giriş nöqtələrində sürətli COVID-19 müayinəsi həyata keçirmək üçün yeni mərkəzlər yaradılacaqdır. BƏƏ-nin QuantLase Imaging Lab laboratoriyası tərəfindən hazırlanmış DPI test üsulu nəticəni 5 dəqiqəyə hazır edir ki, bu da minlərlə insanın müayinəsini mümkün edir.
Mart ayından başlayaraq Abu Dabidə sərt karantik qaydaları əsasında daha çox sayda ictimai çimərlik, parklar və tematik parklar açılmışdır. Ticarət mərkəzləri xaricindəki restoranlarda insan tutumu 80 faizədək artırıldı. Bir çox BƏƏ vətəndaşları və sakinləri, Qurban Bayramı tətili ilə əlaqədar ticarət mərkəzləri, idman salonları, kinoteatrlar, əyləncə mərkəzlərində tətillərə üstünlük verirlər.
Bu həftə BƏƏ üçüncü təcili tibbi yardımı Kolumbiyaya göndərdi. Bu günə qədər BƏƏ 1 milyondan çox tibb mütəxəssisinə kömək edərək 90 ölkəyə 1.144 metrik tondan çox COVID-19 yardımı göstərmişdir